Meymunçiçəyini Pentaqon yayıb - Rusiya MN |
O iddia edib ki, ABŞ ordusu virusların təsirini gücləndirmək üçün parazitar infeksiyaların patogenlərindən fəal şəkildə istifadə edir.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Pentaqon oxşar sınaqları ABŞ-da, eləcə də nazirliyin altı xarici bölməsində həyata keçirir.
Qeyd edək ki, Rusiya ordu rəsmiləri ilk dəfə deyil ki, bu cür ittihamlarla çıxış edirlər. Ötən il, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda iddia olunurdu ki, "Meymunçiçəyi" xəstəliyinin Nigeriyada meydana çıxmasına səbəb burada ABŞ-a məxsus ən azı dörd biolaboratoriyanın fəaliyyət göstərməsidir.
Tural Tağıyev
AzVision.az