Özbəkistan Rusiyadan qaz alacaq

Nazirliyin məlumatına görə, qəbul edilən “yol xəritəsi” çərçivəsində “Orta Asiya – Mərkəz” magistral qaz kəməri vasitəsilə Qazaxıstandan keçməklə mavi yanacağın Özbəkistana tədarükü üçün ölkə ərazisində yeni qazölçmə stansiyaları inşa olunacaq.
Bir müddət öncə “Qazprom” 2023-cü ilin IV kvartalında Rusiya qazının Qazaxıstan ərazisindən Özbəkistana ixrac ediləcəyi barədə məlumat vermişdi. Müvafiq müqavilə iyunun 16-da Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda imzalanıb.
AzVision.az
Teqlər: