Qızını 37 manata görə döyüb, hamilə arvadını öldürən şəxsin cəzası AÇIQLANDI

Qızını 37 manata görə döyüb, hamilə arvadını öldürən şəxsin cəzası    AÇIQLANDI
  20 İyun 2023    Oxunub:1057
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla adam öldürməkdə və döyməkdə təqsirləndirilən Vüqar Nemətova hökm oxunub.
1994-cü il təvəllüdlü V.Nemətova Cinayət Məcəlləsinin 66.3-cü maddəsi ilə 19 il həbs cəzası verilib.

Hadisə ötən il oktyabrında, axşam saatlarında ailənin yaşadığı ünvanda qeydə alınıb. Araşdırmalar zamanı məlum olub ki, həmin gün təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olarkən 2015-ci il təvəllüdlü qızını dəmir boru ilə döyüb. Həyat yoldaşı Səidə Nemətova qızını döyməməsi üçün V. Nemətovu sakitləşdirməyə çalışarkən Vüqar dəmir parçası ilə qadını döyərək öldürüb.

Müəyyən edilib ki, Vüqar işdən evə gələn zaman evlərinin yaxınlığında yerləşən marketlərdən birində kassir işləyən qadın əməkdaş ona azyaşlı qızının iki gün əvvəl mağazadan çörək alan zaman 37 manatlıq oğurluq etdiyini deyib. O, kamera görüntülərinə baxdıqdan sonra evə gəlib.

Bu haqda qızından soruşanda uşaq olanları etiraf edərək, “Ata, mən şokolad, qələm, dəftər, karandaş” götürmüşəm”, - deyib. Bundan sonra Vüqar yaxınlıqda yaşayan xalası oğlugilə gedərək ondan borc istəyib. Lakin müsbət cavab ala bilməyərək yenidən mağazaya qayıdıb. Orada noyabrda maaş alacağını və qızının borcunu qaytaracağını desə də, təklifi qəbul edilməyib. Bundan sonra ata yenidən evə gedərək qanlı hadisəni törədib.

Məhkəmədə təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadə verməkdən imtina edib.

Qeyd edək ki, 11 ildir ailəli olan Səidə Nemətova 26 həftəlik hamilə imiş. (Qafqazinfo)

AzVision.az



Teqlər:





Xəbər lenti