Avropa Rusiyanın 200 milyard avrosunu qanuniləşdirə bilmir

  Avropa Rusiyanın 200 milyard avrosunu qanuniləşdirə bilmir
  21 İyun 2023    Oxunub:1212
Avropa İttifaqı səlahiyyətliləri belə qənaətə gəliblər ki, icma 200 milyard avro dəyərində dondurulmuş Rusiya aktivlərini qanuni olaraq müsadirə edə bilməz.
Bu barədə əlində olan sənədə istinadən Bloomberg məlumat yayıb. Rusiyanın dondurulmuş aktivlərinin İstifadəsi üzrə yaradılan İşçi Qrup, sadəcə olaraq, bu aktivlərin müsadirə edilməsi üçün əlverişli hüquqi yol görmür. Əvəzində Aİ diqqəti bu vəsaitlərin müvəqqəti istifadəsinə yönəltmək niyyətindədir.

Bundan əlavə, Bloomberg mənbələrinə görə, bir neçə böyük qlobal bank Aİ-nin Rusiya aktivlərini mənimsəyəcəyi təqdirdə Moskvanın cavab tədbirləri görəcəyindən ehtiyat etdiyini bildirib.

Aİ artıq investisiya gəlirlərini Kiyevə yönəltmək yollarını nəzərdən keçirir. Lakin bundan əvvəl Avropa Mərkəzi Bankı Avropa Komissiyasına (AK) xəbərdarlıq etmişdi ki, dondurulmuş Rusiya aktivləri ilə əməliyyatlardan əldə edilən mənfəətin geri çəkilməsi avroya qlobal valyuta kimi inamı sarsıda və qlobal maliyyə sabitliyinə xələl gətirə bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti