Gəncə və Göygöldə su basan ərazilərdə tədbirlər görülür - VİDEO

Gəncə və Göygöldə su basan ərazilərdə tədbirlər görülür -    VİDEO
  22 İyun 2023    Oxunub:1010
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağıntılar səbəbindən Gəncə və Göygöl şəhərlərində bəzi fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması, həmçinin Gəncə şəhərindəki parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin yenidən artması nəticəsində ətraf ərazilərə yaranan təhlükə ilə bağlı məlumatlar daxil olub.
FHN-in Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, qeyd olunanlarla əlaqədar Nazirliyin müvafiq olaraq Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, o cümlədən Gəncə şəhərindəki süni göldə suyun səviyyəsinin endirilməsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.



AzVision.az



Teqlər:





Xəbər lenti