Bolton: "Tehranla sövdələşmə İran xalqının əleyhinə yönələcək"
- Mən sanksiyaların effektiv tətbiq olunduğunu düşünmürəm və bu, problemdir, çünki İran rejimi 2014-cü ildən bəri tətbiq edilən sanksiyalardan yan keçməyi bacarıb. Nüvə sazişi Amerikanın ondan çıxması ilə başa çatdı və İran hakimiyyəti təzyiqlərdən sağ çıxa bildi. İndi isə Bayden administrasiyasının güzəştləri ilə rejim buna haqqı olmayan çıxış yolunu tapdı. Ona görə də hansısa razılaşma olacağı təqdirdə ikiqat sanksiyaların aradan qaldırılmasından və ya aktivlərin azad olunmasından danışanda insanlar başa düşməlidirlər ki, həmin pullar rejimin cibinə gedir və İran xalqına heç nə çatmır” , - Bolton vurğulayıb.
Amerikalı siyasətçi, bu baxımdan sanksiyaların ləğvinin İran xalqına xeyir gətirəcəyini düşünməyin səhv olduğunu və İran iqtisadiyyatının çox pis vəziyyətə düşməsinə yalnız sanksiyaların səbəb olmadığını söyləyib. Onun fikrincə, əsas səbəb İran hökumətinin iqtisadiyyatı səhv idarə etməsidir.
“İran rəsmiləri neftdən əldə olunan cari gəliri özlərinin və dostlarının ciblərinə töküblər. Hazırkı şəraitdə İran hökumətinə çatan istənilən gəlir “həyat xətti”dir və İran xalqı üçün dəhşətlidir, çünki bu, etirazlara və etirazçılara repressiyaların davam etdirilməsinə imkan verir”, - Milli Təhlükəsizlik üzrə sabiq müşavir deyib.
Con Bolton İranın ölkədən kənarda terror təhdidlərini daxili repressiyaların əks tərəfi kimi qiymətləndirib. SEPAH üzvlərinə qarşı tətbiq edilən sanksiyalar isə hələ də bu təşkilatın beynəlxalq səviyyədə fəaliyyətinə o qədər də təsir göstərməyib. Onun sözlərinə görə, mövcud hakimiyyətə qarşı qadın koalisiyası siyasi baxımdan çox önəmlidir. Çünki “Qadın, Həyat, Azadlıq” hərəkatı Allahın adından danışdığını və qadınların xüsusi örtük geyinməli olduğunu iddia edənlərə qarşı birbaşa ideoloji çağırışdır.
Qeyd edək ki, ABŞ-nin məhz JCPOA-dan (İranın nüvə problemi üzrə 5+1 formatı) prezidentin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Con Boltonu İran dəfələrlə ölümlə hədələyib.
Sahil İsgəndərov
Kamran İsayev
AzVision.az