Moskvada antiterror əməliyyatı rejimi tətbiq edildi
“Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva şəhəri, Moskva və Voronej vilayətləri ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib”, - komitədən bildirilib.
Qeyd edək ki, bu bölgələrdə antiterror əməliyyatı rejimi ilk dəfə olaraq tətbiq edilir.
***
Rusiyanın paytaxtı Moskavada şəhərində antiterror tədbirləri görülür.
AzVision.az xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat verib. O qeyd edib ki, cənuba gedən yollarda əlavə yoxlamalar aparılır.
"Moskva vilayətində təhlükəsizlik tədbirləri gücləndirilib. Antiterror tədbirləri həyata keçirilir. Cənub istiqamətində yollarda əlavə yoxlamalar mümkündür. Xahiş edirəm ki, Moskva vilayətinin cənubunda, ilk növbədə, regionun hüdudlarında şəxsi nəqliyyatla səyahət etməkdən çəkinin”, – o, Telegram kanalında yazıb.
Qeyd edək ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin rus ordusunu onlara hücum etməkdə ittiham edib və qisas alacağı ilə hədələyib. Bu vəziyyətlə əlaqədar Federal Təhlükəsizlik Xidməti (FSB) “silahlı iğtişaş” maddəsi ilə cinayət işi açıb. Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada "Vaqner"in düşərgələrinə hücum etdiyinə dair iddialar təkzib edilib.
AzVision.az