Hafiz Hacıyev partiyasız qala bilər

Hafiz Hacıyev partiyasız qala bilər
  14 Fevral 2013    Oxunub:2473
“Hafiz Hacıyevin çağırışlarında açıq-aşkar bədən orqanlarının birinin kəsilməsi və real təhlükə var. Buna çağırışın olması cinayət tərkibi yaradır. İkinci tərəfdən, siyasi partiya sədri öz partiyası adından zorakılıq çağırışları edir”.
Bunu modern.az-a açıqlamasında “Konstitusiya” Aaşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib.
Ə. Nuriyev qeyd edib ki, “Siyasi partiyalar haqqında” Qanunun 4-cü maddəsinə əsasən, əgər partiyaların hərəkətlərində, fəaliyyətlərində bu kimi çağırışlar olarsa, həmin siyasi qurumun qapadılması ilə bağlı məhkəməyə müraciət oluna bilər.

“Siyasi partiyanın adından belə təhrikedici çıxışlar səslənirsə, onda təbii ki bu cür qiymətləndirilə və onun qapadılması ilə bağlı məhkəmə prosedurasına başlanıla bilər. Bundan əvvəl isə partiya rəhbərliyinə xəbərdarlıq edilməlidir. Hafiz Hacıyev Daxili İşlər Nazirliyinə çağırılıb. Amma o siyasi partiya rəhbəri kimi yox, fiziki şəxs kimi DİN-ə dəvət edilib”.

Xatırladaq ki, partiya sədri Hafiz yazıçı Əkrəm Əylislinin qulağının kəsilməsi barədə qəbul etdikləri qərarın icrasını qurumun gənc üzvlərinə tapşırmışdı. Hafiz Hacıyev hətta qərarı icra edəcək gəncə 10 min manat mükafat da vəd etmişdi.

Bundan sonra Müasir Müsavat sədri H.Hacıyev DİN-ə dəvət olunub və ona xəbərdarlıq edilib.
Həmin xəbərdarlıqdan sonra Müasir Müsavat Partiyası Ağsaqqallar Şurasının təkidi ilə Əkrəm Əylislinin qulağımın kəsilməsi ilə bağlı verilən qərar ləğv edilib.



Teqlər:  





Xəbər lenti