“Şəhər döyüşlərində “Vaqner”lə mübarizə çətin olacaq” - Ukraynalı hərbi ekspert

   “Şəhər döyüşlərində “Vaqner”lə mübarizə çətin olacaq” -    Ukraynalı hərbi ekspert
  24 İyun 2023    Oxunub:2467
“Priqojinin dediyi kimi 25 minlik ordunun olduğuna inanmıram. Amma foto və videolara əsasən deyə bilərəm ki, ən azı beş min nəfərlik yaxşı silahlanmış şəxsi heyəti, tankları, PDM-ləri, zenit-raket kompleksləri var. O cümlədən də «Панцирь-С1» və «Стрела-10» komplekslərinə sahibdirlər”.
Bu sözləri AzVision.az açıqlamasında ukraynalı hərbi ekspert Mixail Jiroxov deyib. Onun fikrincə, vaxt “Vaqner”in xeyrinə işləmir. Çünki istənilən əməliyyat zamanı təchizat əsas məsələdir. Hərbi texnika təchizat mənbələrindən ayrılıqda uzun müddət fəaliyyət göstərməyə hesablanmayıb.
“Qara su”da boğulanlar: Özəl hərbi şirkətlər dünyada nələr edir – ARAŞDIRMA

“Belə şəraitdə “Vaqner”in avtonom fəaliyyət müddəti ən yaxşı halda bir neçə sutka ola bilər. Bu qiyamın arxasında ölçülüb-biçilmiş ağıllı məqsəd gözə dəymir. Hava hücumlarını çıxmaqla “Vaqner” gün ərzində ciddi müqavimətlə üzləşməyib. Zirehli texnikanın daşınması üçün treylerdən istifadə olunması qrupun hərəkət sürətini artırır”,- Jiroxov bildirib.

Ekspert istisna etmir ki, “Vaqner”in Moskvaya yürüşündə məqsəd diqqəti onun əsl məqsədindən – Rostov-Donda möhkəmlənməkdən yayındırmaqdır.

- Özəl hərbi şirkətin iri şəhərlərdə - Rostov və ya Voronejdə müdafiəyə oturması federal qoşunlar üçün böyük başağrısına çevrilə bilər. Belə vəziyyətdə Baxmut cəhənnəmini keçmiş təcrübəli, məqsədli döyüşçülərlə mübarizə aparmaq xeyli çətin olacaq. Yaşayış məntəqələrində hətta yüngül silahlarla döyüşlər də həftələrlə çəkə bilər,- ekspert vurğulayıb.

Tariyel Həsənov
AzVision.az


Teqlər:   Vaqner  





Xəbər lenti