Zabratda təndirxanada partlayış: 5 nəfər xəsarət alıb
![Zabratda təndirxanada partlayış: 5 nəfər xəsarət alıb Zabratda təndirxanada partlayış: 5 nəfər xəsarət alıb](https://azvision.az/photos/2023/06/561c6c69-5dfe-34ef-a1c0-4f02f738bf5d_850-1687789370.jpg)
Onlardan 4 nəfəri 1968-ci il təvəllüdlü Gülşən Məmmədova, 1968-ci il təvəllüdlü Kəmalə Əzimova, 1986-ci il təvəllüdlü Mərdan Əhmədov, 1986-ci il təvəllüdlü Sənubər Tağıyeva Respublika Yanıq Mərkəzinə aparılıb, 1 nəfər tibbi yardım göstərilməsindən imtina edib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
TƏBİB-dən bildirilib ki, xəsarət alan 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunublar. Onların vəziyyətləri ağır olaraq qiymətləndirilir.
AzVision.az
Teqlər: