Toya getdi, meyiti oteldən tapıldı

Toya getdi, meyiti oteldən tapıldı
  27 İyun 2023    Oxunub:1030
Oğuzda yerləşən hoteldə ölüm hadisəsi baş verib.
Hadisə şəhər ərazisində yerləşən "Səma" hotelində qeydə alınıb.

Belə ki, Bakı şəhəri Yasamal rayon sakini 1966-ci il təvəllüdlü Quliyev Sübhan Ağakişi oğlu bu gün səhər oteldə ürəktutmasından vəfat edib.

Məlumata görə, 57 yaşlı S. Quliyev Bakıdan Oğuza toy şənliyində iştirak etmək üçün gəlib. Toydan çıxıb hotelə dönüb, burada özünü pis hiss edib. Gecə saatlarında hətta ona Təcili Tibbi Yardım çağırılaraq iynə də vurulub. Bu gün səhər işə hotel əməkdaşları onu otağında ölmüş vəziyyətdə aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti