Çimərlikdə avtoxuliqanlıq edən Rəşadın cəzası bəlli oldu

   Çimərlikdə avtoxuliqanlıq edən Rəşadın cəzası bəlli oldu
  28 İyun 2023    Oxunub:1202
Xəzər rayonu ərazisindəki çimərlikdə avtoxuliqanlıq edən şəxs məhkəməyə çıxarılıb.
Bu barədə AzVision.az -a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.

A. Əsgərli bildirib ki, Xəzər Rayon Məhkəməsinin qərarı ilə 21 yaşlı Rəşad Heydərzadə İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü (avtoxuliqanlıq) maddəsi ilə təqsirli bilinərək 15 sutka inzibati qaydada həbs olunub. Bundan başqa o, 1 illik sürücülük hüququndan məhrum edilib.

Qeyd edək ki, R. Heydərzadənin çimərlik ərazisində “Vaz 2107” markalı markalı avtomobillə avtoxuliqanlıq etdiyini əks etdirən videogörüntülər yayılıb.




Teqlər:





Xəbər lenti