Leysan olacaq - Nazirlikdən xəbərdarlıq

Leysan olacaq - Nazirlikdən xəbərdarlıq
  02 İyun 2014    Oxunub:1235
Sabahdan Azərbaycanın əraziisində havalar sərinləşəcək. İyunun 3-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, bəzi yerlərdə qısamüddətli yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, şimal küləyi əsəcək, axşam və gecəyə doğru arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 3-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda yağışların leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, iyunun 3-ü axşam və 4-də şimal küləyinin güclənməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.


Teqlər:





Xəbər lenti