Nazarbayev Qazaxıstanda daha bir neçə postunu itirib

Nazarbayev Qazaxıstanda daha bir neçə postunu itirib
  29 İyun 2023    Oxunub:1159
Qazaxıstan Senatı respublikanın birinci prezidenti Nursultan Nazarbayevlə bağlı mövcud qanunvericiliyə düzəlişləri təsdiqləyib.
Dəyişikliyə əsasən, siyasətçi adına həsr edilmiş bir neçə təşkilatın ali qəyyumlar şurasının rəhbəri statusunu itirəcək.

Söhbət “Nazarbayev Universiteti”, “Nazarbayev Fondu” və “Nazarbayev İntellektual Məktəbləri”ndən gedir. Gözlənildiyi kimi, dəyişikliklərin tətbiqi ilə əlaqədar təhsil təşkilatlarına Nazarbayevin varisi Kasım-Jomart Tokayev rəhbərlik edəcək. Eyni zamanda, dəyişiklərdə prezident tərəfindən qərar qəbul edildiyi təqdirdə başqa rəhbərin təyin edilməsini nəzərdə tutulur.

Qazaxıstanın 30 ilə yaxın ilk prezidenti olan Nazarbayev 2022-ci ilin əvvəlindən respublikada kütləvi etirazlar fonunda hökumət postlarını itirməyə başlayıb. Sonradan Qazaxıstanda Nazarbayevin adını daşıyan bəzi obyektlər, o cümlədən respublikanın paytaxtı Nur-Sultan əvəzinə yenidən Astana adlandırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti