Vankuverdə “İpək Yolu Qrupu”nun iclası olub – FOTOLAR
İpək Yolu Qrupu ATƏT PA-nın tarixində ilk dəfə müxtəlif siyasi partiyalardan olan Prezidentliyə namizədləri - Mark Priçardı (Birləşmiş Krallıq), Pere Ponesi (İspaniya) və Pia Kaumanı (Finlandiya) bir araya gətirərək, seçki platformalarını təqdim etmələri üçün şərait yaradıb. İclasda çıxış edən namizədlər prezident seçiləcəkləri təqdirdə ATƏT PA-da aparacaqları islahatlar, qarşıda duran vəzifələr və mövcud çağırışların həlli ilə bağlı fikirlərini bölüşüblər.
Daha sonra Qrupun sədr müavini, Xorvatiya nümayəndə heyətinin rəhbəri Davor Bernardiç cari ilin may ayında Bakıda ATƏT PA-nın “yaşıl iqtisadiyat”la bağlı keçirilən konfransı haqda məlumat verib və Azərbaycanda bu sahə üzrə həyata keçilən işləri təqdir edib. Bernardiç qurumun növbəti beynəlxalq konfrasına bu ilin payızında Xorvatiyanın ev sahibliyi etməsi təklifini irəli sürüb. Təklif səsə qoyularaq qəbul edilib.
Qrupun iclası maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.
İclasda Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Tural Gəncəliyev, həmçinin ölkəmizin ATƏT-dəki daimi nümayəndəsi, səfir Rövşən Sadıqbəyli iştirak ediblər.
Teqlər: ATƏT