Arvadına uşağa süd verən zaman 16 bıçaq vurdu

   Arvadına uşağa süd verən zaman 16 bıçaq vurdu
  03 İyul 2023    Oxunub:1245
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Masallıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Eşqin Əbilzadənin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Hakim Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi məhkumun şikayətini təmin etməyib. Daha sonra Eşqin Əbilzadə Ali Məhkəməyə müraciət edib.

Qeyd edək ki, hadisə 2021-ci il Masallı rayonu, Ərkivan qəsəbəsində qeydə alınıb. 36 yaşlı Eşqin Qədir oğlu Əbilzadə və 26 yaşlı həyat yoldaşı Nərmin Şair qızı Əbilzadənin yaşadıqları evdə yaralı və huşsuz vəziyyətdə tapılması barədə məlumat yayılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının apardığı araşdırmalar zamanı müəyyən edilib ki, Eşqin Əbilzadə həyat yoldaşına 16 bıçaq zərbəsi vurduqdan sonra özünə də iki bıçaq zərbəsi vurub. Məlum olub ki, Eşqin Əbilzadə həyat yoldaşını körpə uşağına süd verən zaman bıçaqlayıb.(Pravda.az)

AzVision.az


Teqlər:





Xəbər lenti