Baş prokurorluq: "Xaçmazda qadının ölməsi ilə bağlı araşdırma aparılır"
![Baş prokurorluq: "Xaçmazda qadının ölməsi ilə bağlı araşdırma aparılır"
Baş prokurorluq: "Xaçmazda qadının ölməsi ilə bağlı araşdırma aparılır"](https://azvision.az/photos/2023/07/1688383464.jpg)
Qeyd edilib iyulun 2-si saat 17 radələrində 1963-cü il təvəllüdlü Xanım Tağıyevanın Xaçmaz rayonunun İstisu qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərindən birində ölməsi faktı ilə bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır. Ölümün səbəbi təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyi əsasında müəyyən ediləcək.
Hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
AzVision.az
Teqlər: