ADY: "Zəlzələ dəmir yoluna zərər vurmayıb" - YENİLƏNİB

  ADY:  "Zəlzələ dəmir yoluna zərər vurmayıb" -  YENİLƏNİB
  04 İyul 2023    Oxunub:2157
04 iyul saat 00.01 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra dəmir yolu infrastrukturuna operativ baxış keçirən ADY-nin Fövqəladə Hallar Komissiyası öz işini yekunlaşdırıb.
Azərbaycanda zəlzələ oldu - YENİLƏNİB
Bu barədə AzVision.az -a Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Aparılan yoxlamalara əsasən zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməyib.

Hazırda yük və sərnişin qatarları qrafik üzrə hərəkətlərini davam etdirirlər.

***
“Texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər”.

Bu barədə AzVision.az -a Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Qeyd edilir ki, "Azərbaycan Dəmir Yolları" QSC baş vermiş zəlzələ ilə əlaqədar yol infrastrukturuna kompleks baxış keçirir.

"4 iyul saat 00.01 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası gecə boyu bütün infrastruktur obyektlərinə texniki baxış keçirib, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılıb.Hazırda proses davam etdirilir.

Yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər", - ADY-dən bildirilib.

Qeyd edək ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub. Zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Bakı və digər şəhərlərdə də hiss olunub.

AzVision.az


Teqlər:   Zəlzələ  





Xəbər lenti