İrandan 21 kq narkotik keçirilməsinin qarşısı alınıb
![İrandan 21 kq narkotik keçirilməsinin qarşısı alınıb İrandan 21 kq narkotik keçirilməsinin qarşısı alınıb](https://azvision.az/photos/2023/07/1cbe7e84-b403-3dc3-aa86-a354839eea59_850-1688455390.jpg)
İyul ayının 3-də saat 13:30-da “Göytəpə” sərhəd dəstəsinin əməkdaşları tərəfindən Cəlilabad rayon Yusifli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 kiloqram 480 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
İyul ayının 4-də saat 00:45-də “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 5 kiloqram 395 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
AzVision.az
Teqlər: