SOCAR Arktikada neft çıxaracaq

SOCAR Arktikada neft çıxaracaq
  03 İyun 2014    Oxunub:1307
Azərbaycan Dövlət Neft Şirkətilə Rusiyanın “Rosneft” korporasiyasının birgə yaradacağı yeni müəssisənin əsas fəaliyyət istiqamətləri açıqlanıb.
ANS TV-nin məlumatına görə, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, ilk növbədə diqqət Rusiyadakı fəaliyyətə yönələcək.

Onun sözlərinə görə, SOCAR Arktikada, çətin yataqlardan neft çıxarılmasına, “Rosneft” isə Xəzərin Azərbaycan sektorunda artıq bir yatağa maraq göstərir.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, Rusiyanın “Rosneft” şirkəti Azərbaycanda Abşeron yatağı ilə yanaşı, digər yataqlarda da belə kəşfiyyat işlərində iştirak etmək istəyir.

"Bundan başqa sözügedən şirkət Rusiya neftinin Bakı-Novorossiysk kəmərilə Bakıya gətirərək neft emalı zavodunda emal etmək niyyətindədir. Həmçinin adıçəkilən şirkət Bakıda emal olunan neftin müəyyən bir hissəsini Bakı-Tiflis-Ceyhan kəmərilə nəqlin olmasını istəyir. Artıq bu istiqamətdə işlər gedir və müəyyən irəliləyişlərdə nail olunub”, - deyə Dövlət Neft Şirkətinin prezidenti bildirib.

Qeyd edək ki, hazırda Abşeron yatağında Fransanın “Total” şirkəti 40%, “Qaz de Frans” 20%, Dövlət Neft Şirkəti də 40% paya malikdir. Bu yatağın işlənməsinin operatoru “Total”dır. “Total” “Şahdəniz”dəki 10% payını da məhz bütün diqqətini Abşeron yatağına yönəltmək məqsədilə satmışdı.




Teqlər:





Xəbər lenti