İranda ana özünü və üç övladını zəhərləyib öldürdü

 İranda ana özünü və üç övladını  zəhərləyib öldürdü
  06 İyul 2023    Oxunub:1226
İranın Loristan əyalətinin Durud şəhərində yoxsulluq səbəbindən ana özünü və üç övladını zəhərləyərək öldürüb.
AzVision.az GünAzTV-yə istinadən xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Bildirilib ki, xüsusilə son illər İranda intihar sayı kəskin artıb.

“Bu, bütün yaş qruplarına mənsub vətəndaşlar arasında özünü göstərir. Məişət problemləri ilə yanaşı intihar sayının artmasında fərdi azadlıqların məhdudluğu, gələcəyə ümidsizlik və depressiv problemlərin çoxalması əhəmiyyətli dərəcədə rol oynayır”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, bir müddət əvvəl İran Səhiyyə Nazirliyi və müstəqil psixoloqlar İran vətəndaşlarının orta hesabla 25-30 faizində psixoloji problemlərin olduğunu bildiriblər.

Qeyd edək ki, ötən ilin iyul ayında İranın İsfahan əyalətinin Nəcəfabad şəhərində bir ailənin 5 üzvü özünü asaraq öldürmüşdü. Əyalətin məhkəmə başçısı höccətülislam Əsədullah Cəfəri bildirmişdi ki, polis əməkdaşları bir ailənin 5 üzvünü asılmış vəziyyətdə aşkarlayıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti