Qarabağ ermənilərini Ermənistanın oyunlarından qorumaq lazımdır – Mübariz Əhmədoğlu

   Qarabağ ermənilərini Ermənistanın oyunlarından qorumaq lazımdır –    Mübariz Əhmədoğlu
  06 İyul 2023    Oxunub:2298
Ermənilər Qarabağda “soyqırım” və “120 min nəfər” terminlərini təkrarlamaqda rekord qırırlar. Bu, xəstə erməni təfəkkürünün məhsulundan savayı heç nə deyil. Azərbaycan Xankəndi-Ağdam yolunu Qarabağ ermənilərinə alternativ kimi təklif edir. Bu gün ermənilər o yolla həm Ermənistana gedə, həm də Azərbaycanın ərazisindən istənilən məhsulu ala bilərlər.
Erməniləri bu addımı atmağa qoymayanlar “erməni soyqırımı”nı törətmək niyyətində olanlardır. Başlarında da Nikol Paşinyan dayanıb. Paşinyan öz xalqına, soykökünə nifrəti olan şəxsdir. Ən böyük ermənifob Paşinyanın özü və ətrafındakılardır. Qarabağdakı erməniləri hazırda ermənilərin özünün oyunlarından qorumaq daha aktualdır.

Erməni xalqının tarixi kitablarını oxuyanlar bilirlər ki, erməninin ermənini kütləvi şəkildə öldürməsi yenilik deyil. Onlar iri təşkilatları yaradarkən ilk növbədə öz ermənilərinə zülm edərək vəsait toplayıblar. “Daşnaksut”un partiyası və ASALA-nın tarixi buna ən yaxşı misallardır.

Azərbaycanın Qarabağda erməni əhalisi arasında təhqiqat, istintaq işi aparmaq arzusu ola bilər və olmalıdır da. Çünki orada azərbaycanlılara qarşı xüsusi amansızlıqla cinayətlər törədiblər. Azərbaycanlı və ermənilərin birgə yaşayışı vaxtı çoxlu cinayətlərin üstü açılacaq. Gələcəkdə ermənilərlə azərbaycanlılar arasındakı birgə yaşayışı asanlaşdırmaq üçün bu gün bəzi preventiv tədbirlər vacibdir.

Rusiya-Türkiyə monitorinq mərkəzi Ağdamda yerləşib. Funksiyası cari məsələləri həll etməkdir. Bütün səlahiyyətlərə malikdirlər. Yerli ermənilər problemlərini Ağdamdakı monitorinq mərkəzinə desinlər. “Soyqırımı” zamanı qaçıb Rusiya-Türkiyə monitorinq mərkəzinin həyətinə yığışsınlar. Mərkəz onları qidalandıra və müvəqqəti yaşayış yeri ilə təmin edə bilər.

Rusiya-Türkiyə monitorinq mərkəzini sülhməramlıların nəzarəti altında olan ərazinin mərkəzində yerləşdirmək lazımdır. Rusiya sülhməramlılarının qərargahı Xocalıdadırsa, qoy, Rusiya-Türkiyə monitorinq mərkəzi Xankəndidə yerləşsin.

Bu mərkəz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə də məşğul ola bilər.

Türkiyə iş adamları Zod yatağını tək və ya Azərbaycanla müştərək işlədə bilərlər. Ermənistan misinin bazarı Avropadadır. Türkiyədən asanlıqla bazara çıxa bilər. Arazdəyəndəki metallurgiya kombinatı ilə bağlı da bunu demək mümkündür. Orada Azərbaycanla Türkiyə Ermənistanın iştirakı ilə üçlü birgə müəssisə yarada bilərlər.

Türkiyə Qafanda konsulluq aça bilər. Ermənistan Türkiyə ilə diplomatik münasibətləri normallaşdırmaq istəyir. Proses Sünikdə konsulluq açmaqdan başlaya bilər. Bu, Zəngəzur dəhlizi ətrafında yaradılmı problemləri asanlıqla həll edə bilər. İranı isə Ermənistan müharibə üçün ora dartıb gətirir.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru
AzVision.az üçün


Teqlər: Qarabağ  





Xəbər lenti