Dünyanın ən isti iyunu ötən ay qeydə alınıb

   Dünyanın ən isti iyunu ötən ay qeydə alınıb
  06 İyul 2023    Oxunub:1157
Avropa Birliyinin (Aİ) Kopernik peyk izləmə sistemi iyunun dünyada ən isti ayı olduğunu bildirib.
Kopernikdən verilən yazılı açıqlamaya görə, 2023-cü ilin iyun ayı əvvəlki rekord 2019-cu il göstəricisindən böyük fərqlə qeydə alınıb və dünyanın ən isti iyun ayı olub.

İyunun ayının ən yüksək temperaturu xüsusilə Şimal-Qərbi Avropada ölçülüb. Qara dənizin qərb sahillərində, eləcə də mərkəzi və şərqi Avropa və Skandinaviyada geniş xətt boyunca orta səviyyədən daha quru şərait yaranıb.

Həmin ay Şimali Amerikanın çox hissəsində də orta səviyyədən daha quru olub.

Şiddətli meşə yanğınları üçün şərait Rusiyanın bəzi hissələri, Afrika Buynuzu, Cənubi Afrikanın əksər hissəsi, Cənubi Amerika və Avstraliyada müşahidə olunub.

Şimali Atlantikada həddindən artıq istilər və Sakit Okeanda güclənən El Nino ilə əlaqədar olaraq okean səthinin temperaturu iyun ayı ərzində rekord həddə çatıb.

Digər tərəfdən, Cənubi Avropanın əksər hissəsi, Qərbi İslandiya və Rusiyanın şimal-qərbində orta səviyyədən çox yağış yağıb. Güclü yağış Türkiyə, Kosovo və Rumıniyada daşqınlara səbəb olub.

Antarktika dəniz buzunun gündəlik miqdarı ay ərzində "görünməmiş" minimum həddə qalıb.

AzVision.az


Teqlər:





Xəbər lenti