Meyiti aşkarlanan şəxsin qətlə yetirildiyi müəyyən edilib
![Meyiti aşkarlanan şəxsin qətlə yetirildiyi müəyyən edilib Meyiti aşkarlanan şəxsin qətlə yetirildiyi müəyyən edilib](https://azvision.az/photos/2021/08/meyit-1630213359.jpg)
Prokurorluq və polis əməkdaşlarının hadisə aşkar olunduqdan sonra "isti izlər" əsasında keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkmişin iyunun 25-i saat 01 radələrində 1988-ci il təvəllüdlü Anar Cəfərov tərəfindən aralarında yaranan mübahisə zamanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Anar Cəfərov cinayət işi üzrə şübhəli şəxs qismində tutulub. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər: