TƏBİB ana və körpənin ölümü ilə bağlı araşdırma aparır

   TƏBİB ana və körpənin ölümü ilə bağlı araşdırma aparır
  08 İyul 2023    Oxunub:1268
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Lənkəran Regional Perinatal Mərkəzində ötən gün baş verən ana ölümü barədə açıqlama verib.
TƏBİB-dən bildirilib ki, iyulun 7-də saat 05:49 radələrində hamiləliyin 24-cü həftəsində olan 1995-ci il təvəllüdlü Lənkəran rayon Kərgəlan kənd sakini Aygün İlham qızı Qurbanzadə vaxtından əvvəl doğuş təhlükəsi, ciftin vaxtından əvvəl hissəvi ayrılması, kəskin qanaxmanın başlanması diaqnozu ilə Lənkəran Regional Perinatal Mərkəzinə yerləşdirilib:

“Reanimasyon və cərrahi tədbirlərə baxmayaraq, ana və körpənin həyatını xilas etmək mümkün olmayıb. Hazırda baş verən ölüm hadisəsi ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırılma aparılır”.

Qurumdan qeyd edilib ki, ilyarım ərzində mərkəzdə baş verən üç ana ölümü ilə bağlı şikayətlərə də münasibət bildiriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti