DİN məsul şəxsi cərimələdi

DİN məsul şəxsi cərimələdi
  08 İyul 2023    Oxunub:1333
Şəmkirdə məsul şəxs cərimələnib.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyulun 5-də Şəmkir rayonu ərazisində keçirdikləri tədbirlər zamanı məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi və çirkab suların torpağa axıdılması faktlar aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 262.2.3-cü maddəsinin (içməli, məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə) tələblərini pozduqlarına görə Şəmkir şəhər Mənzil İstismar Kontorunun məsul şəxsi və rayon sakini olan 2 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti