FHN: Küləkli hava Xızıda yanğınsöndürmə əməliyyatlarını çətinləşdirir

   FHN:    Küləkli hava Xızıda yanğınsöndürmə əməliyyatlarını çətinləşdirir
  08 İyul 2023    Oxunub:1145
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb dağlıq-meşəlik relyefə malik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunublar.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Küləkli hava şəraiti ərazidə yanğınsöndürmə əməliyyatlarını çətinləşdirir.

Əlavə məlumat veriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti