Küveyt: "İran öz dəniz sərhədlərini müəyyən etməlidir"
Son günlər Səudiyyə krallığı və Küveyt hakimiyyəti İranım Milli Neft şirkətinin baş direktorunun Tehranın bu yataqda qazma işlərinə başlamağa tam hazır olması ilə bağlı açıqlamalarına reaksiya verib.
“Bu ana qədər Küveyt və Səudiyyə Ərəbistanı Əl-Dura meydanında müstəsna hüquqlara malikdir və kimin iddiası varsa, sərhədləri müəyyən etməyə başlasın, əgər haqqı varsa, beynəlxalq hüquq normalarına uyğun olaraq bunu alacaqlar”, - əl-Bərrak deyib.
İran bu qaz yatağını “Arəş” adlandırır və onun işlənməsinə dair ötən il Küveytlə Səudiyyə Ərəbistanı arasında bağlanan müqaviləni “qanunsuz” hesab edib.
- Arəş birgə neft yatağında qazma işlərinə başlamaq üçün tam hazırlıq var və biz İran Milli Neft Şirkətinin direktorlar şurasında bu yatağın işlənməsi planının həyata keçirilməsi üçün əhəmiyyətli resursları təsdiqləmişik və şərtlər hazır olduqdan sonra “Arəş” yatağında qazma işlərinə başlayacağıq”, - İran Milli Neft şirkətinin rəhbəri Möhsün Xocəstəmehr iki həftə əvvəl bildirib.
Sözügedən qaz yatağının ən böyük hissəsi Səudiyyə Ərəbistanı ilə Küveyt arasında yerləşir, burada iki ölkə arasında dəqiq demarkasiya yoxdur. Lakin həmin yatağın bir hissəsi də İran sərhədlərində yerləşir. Çıxarılan ehtiyatları 220 milyard kubmetr olan yatağın şimal hissəsində bu iki nöqtə üst-üstə düşür.
AzVision.az