Toyda ər-arvad bıçaqlandı

   Toyda ər-arvad bıçaqlandı
  11 İyul 2023    Oxunub:912
İyulun 8-i saat 23 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən şadlıq saraylarından birində ər-arvadın bıçaqlanması hadisəsinin bəzi təfərrüatları üzə çıxıb.
AzVision.az xəbər evrir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1963-cü il təvəllüdlü Vahid Kərimduxt və həyat yoldaşı, 1968-ci il təvəllüdlü İradəni bıçaqlayan şəxsin Vahidin ögey qardaşı olması müəyyənləşib.

Həmin şəxs qardaşı Vahid digər şəxslərlə toyda oynayarkən sərxoş vəziyyətdə bıçaqla ona hücum edərək boğazını kəsib. Bu zaman Vahidin arvadı araya girmək istəyib və nəticədə o da boyun-boğaz nahiyəsindən bıçaq xəsarəti alıb.

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ağırdır. Bəzi məlumatlarda Vahid Kərimduxtun vəfat etməsi bildirilsə də, bu xəbər təsdiqini tapmayıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam edir.

Qeyd edək ki, bu ailə ilə bağlı əvvəllər də bir neçə dəfə cinayət hadisəsi baş verib. Son olaraq Vahid Kərimduxtun oğlu Sənan 2020-ci ildə quldurluq əməlinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti