Ağır qəza iki nəfərin həyatına son qoydu

Ağır qəza iki nəfərin həyatına son qoydu
  11 İyul 2023    Oxunub:1037
Qobustanda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, bu gün axşam saatlarında Qobustan rayonunun Şıxzahırlı ərazisində "Mercedes" markalı avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü Cavid Mürsəliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Sürücü və avtomobildəki sərnişin 1988-ci il təvəllüdlü Cavid Həmzəyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.
AzVision.az



Teqlər: Qəza  





Xəbər lenti