"Spred yağlarını kərə yağı adı ilə satırlar" - Qoşqar Təhməzli

   "Spred yağlarını kərə yağı adı ilə satırlar" -    Qoşqar Təhməzli
  12 İyul 2023    Oxunub:1600
"Respublikaya idxal olunan bütün yağlar yüksək riskli məhsullar kateqoriyasına aiddir. Həmin müəssisələrin tərəfimizdən qeydiyyatına icazə verildikdən sonra onların məhsullarının idxalına icazə veriləcək".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin 6 ayı ərzində görülmüş tədbirlərə dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, bir sıra hallarda məhsullar, o cümlədən yağlar barədə qarayaxma kampaniyaları həyata keçirilir.

"Yağ məhsullarının idxalı və ya satışının monitorinqi tərəfimizdən daim aparılıb. Ticarət şəbəkələrində satış həyata keçirən şəxslər yağlar barədə alıcıya doğru məlumat vermir və aldadırlar. Onlar spred yağlarını kərə yağı adı ilə təqdim edirlər. Əmin etmək istəyirəm ki, respublika ərazisinə keyfiyyət və təhlükəsizlik göstəricilərində problem olan məhsul buraxılmır. Dövlət nəzarəti tam təmin olunur".

Aytən Zəhra
AzVision.az


Teqlər: Yağ  





Xəbər lenti