Bayden: "Ukraynada hərbi əməliyyatlar illərlə davam etməyəcək"

      Bayden:    "Ukraynada hərbi əməliyyatlar illərlə davam etməyəcək"
  13 İyul 2023    Oxunub:794
Ukraynada hərbi əməliyyatlar bir sıra səbəblərə görə illərlə davam etməyəcək.
AzVision.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Helsinkidə finlandiyalı həmkarı Sauli Niinistö ilə birgə mətbuat konfransında bildirib.

"Mən düşünmürəm ki, iki səbəbə görə müharibə illərlə davam edəcək. Birincisi, Rusiyanın öz resursları və imkanları baxımından əbədi olaraq müharibə apara biləcəyini düşünmürəm. İkincisi, fikrimcə, sonda Rusiya prezidenti Vladimir Putin müharibənin davam etdirilməsinin ölkənin sosial, istisadi və siyasi maraqlarına uyğun olmadığı barədə qərar verəcək. Lakin bunun necə baş verəcəyini dəqiq deyə bilmərəm", Bayden deyib.

ABŞ prezidenti həmçinin ümid edir ki, Ukrayna əks-hücum əməliyyatı zamanı “əhəmiyyətli irəliləyiş” əldə edə biləcək və nəticədə bu, tərəfləri “münaqişənin danışıqlar yolu ilə həllinə” gətirib çıxara bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti