Deputat Madər Musayev vəfat edib
![Deputat Madər Musayev vəfat edib Deputat Madər Musayev vəfat edib](https://azvision.az/photos/2023/07/bd9c7fb4-eebd-38ed-8f44-e04b065f8d3e_850-1689326818.jpg)
Qeyd edək ki, Madər Musayev 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. Moskva Koperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləmişdir. 1986–1995-ci illərdə “Bahar” ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb.
XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin, I , II, III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
“Şöhrət” və “Şərəf” ordenləri, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
AzVision.az
Teqlər: