Neft kəmərlərinin yaxınlığındakı yanğın söndürülüb

Neft kəmərlərinin yaxınlığındakı yanğın söndürülüb
  14 İyul 2023    Oxunub:899
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Pəhləvan Fərzəliyev küçəsində neft kəmərlərinin ətrafındakı quru ot və kol-kosdan ibarət sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən AzVision.az -a verilən xəbərə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdan keçən neft kəmərlərinə və elektrik naqillərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yol kənarında 250m² sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdan keçən neft kəmərləri və elektrik xətləri yanğından mühafizə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti