Xırdalanda ailə faciəsi

Xırdalanda ailə faciəsi
  12 Aprel 2013    Oxunub:1149
Xırdalan şəhərində qısqanclıq zəminində dəhşətli qətl hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, hadisə 28-ci məhəllə, ev 4, mənzil 19 ünvanında qeydə alınıb.

1987-ci il təvəllüdlü Fərzəliyev Saleh Əlövsət oğlu aralarında yaranmış münaqişə zəminində öz həyat yoldaşı 23 yaşlı Fərzəliyeva Nərmin Etibar qızına bir neçə bıçaq xəsarəti yetirib.

Xəsarətləri ağır olan Nərmin Fərzəliyeva elə yerindəcə keçinib.

Öz həyat yoldaşını qətlə yetirən Saleh sonra könüllü olaraq polisə təslim olub.

AzVision.az


Teqlər:





Xəbər lenti