Qeyri-neft-qaz sektorundan büdcəyə daxilolmalar 18 % artıb

Məlumata görə, hesabat dövründə büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 57 % təşkil edib.
Sektor üzrə daxilolmaların 58,8 %-i və yaxud 5 193,7 milyon manatı vergi daxilolmaları, 34,8 %-i və yaxud 3 075,5 milyon manatı gömrük rüsumları və idxala vergi daxilolmaları, 4,5 %-i və yaxud 393,9 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 0,2 %-i və yaxud 16 milyon manatı dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, 1,7 %-i və yaxud 152,1 milyon manatı isə sair gəlirlər olub.
AzVision.az
Teqlər: Qeyri-neft-Sektoru Büdcə