İldə bir dəfə pulsuz olacaq

İldə  bir dəfə pulsuz olacaq
  12 Aprel 2013    Oxunub:1188
"Uşaqların dispanserizasiyası haqqında" qanun qəbul edilib
Milli Məclisin sosial siyasət komitəsinin iclasında müzakirə olunan yeni "Uşaqların dispanserizasiya haqqında" qanun qəbul edilib.

Yeni qanuna görə valideynlərini itirmiş, sosial təhlükəli vəziyyətdə olan, sağlamlıq imkanları məhdud və cəzaçəkmə müəssisələrində olan uşaqlar ən azı ildə bir dəfə pulsuz müayinə oluna bilərlər.

Hər uşağın dispanserizasiya üçün xərclərin norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Yeni qanunda icbari dispanserizasiyanın maliyyələşməsi də nəzərdə tutulub.

Qeyd edək ki, uşaqlara dövlət tibb müəssisələrində icbari dispanser xidmətinin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.


Teqlər:





Xəbər lenti