Türkiyə və BƏƏ Niderlanddan silah ala biləcək

   Türkiyə və BƏƏ Niderlanddan silah ala biləcək
  19 İyul 2023    Oxunub:741
Niderland müdafiə sənayesinin ehtiyacları üçün bir sıra texnikanın Türkiyəyə ixracına qoyulan məhdudiyyətləri aradan qaldırdığını açıqlayıb.
AzVision.az xəbər verir ki, ölkənin xarici işlər, müdafiə və iqtisadiyyat nazirlikləri Türkiyəyə müdafiə sənayesi avadanlıqlarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı birgə bəyanat yayıb.

Üç nazirliyin birgə mətnində Niderland hökumətinin silah ixracına nəzarətlə bağlı gördüyü tədbirlər haqqında məlumat verilir. Bu sənədə əsasən, bu tədbirlər Avropada müdafiə sahəsində əməkdaşlığı gücləndirməyə kömək etməlidir.

Bəyanatda Avropada ədalətli rəqabətin yaradılmasının zəruriliyi qeyd edilib. Qeyd olunub ki, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı ilə hazırda qüvvədə olan müdafiə sənayesi avadanlıqlarının ixracının məhdudlaşdırılması qərarına dərhal xitam verilir.

AzVision.az


Teqlər:





Xəbər lenti