"Uşaq hüquqları haqqında" yeni qanun hazırdır

   "Uşaq hüquqları haqqında" yeni qanun hazırdır
  19 İyul 2023    Oxunub:825
“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi üzərində iş başa çatıb”.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib. O qeyd edib ki, yaxın vaxtlarda layihə aidiyyəti orqanlarla razılaşdırılaraq Milli Məclisə və yuxarı instansiyalara təqdim olunacaq.

Qeyd edək ki, “Uşaq hüquqları haqqında” yeni qanun Prezident İlham Əliyevin 9 iyun 2023-cü il tarixli Sərəncamı ilə Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq hazırlanıb.


AzVision.az



Teqlər:





Xəbər lenti