“Özünü tanı, hüququnu bil” layihəsi üzrə növbəti görüş keçirilib - FOTOLAR

“Özünü tanı, hüququnu bil” layihəsi üzrə növbəti görüş keçirilib    - FOTOLAR
  27 İyun 2023    Oxunub:590
Azərbaycan cəmiyyətində mövcud olan bir çox sosial problemlərin həllinə kifayət qədər diqqət yetirilir. O cümlədən, erkən nikahlar kimi mənfi halların qarşısının alınması üçün həm müvafiq dövlət qurumları, həm də ictimai birliklər tərəfindən səmərəli və effektiv tədbirlər görülür.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Universitet Təhsilli Qadınlar” İB tərəfindən həyata keçirilən “Özünü tanı, hüququnu bil” Erkən nikahın aradan qaldırılması sahəsində qadınların maarifləndirilməsi” layihəsi silsilə şəkildə müxtəlif rayonlarda baş tutub.

Layihənin məqsədi erkən nikahların gənclərə olan zərərli təsirinin yayılmasının məhdudlaşdırılması ilə bağlıdır. Layihə çərçivəsində bölgələrdə olan 80 nəfərdən yuxarı sinif şagirdləri, gənclər və 80 nəfər valideyn və müəllimlər iştirak edib. Təlimlər zamanı layihə iştirakçılarına erkən nikahlar, onların törətdiyi fəsadlar barəsində məlumatlar verilib. Eyni zamanda layihə çərçivəsində kitabça çap edilmiş və iştirakçılara paylanmışdır.

Layihənin icrası nəticəsində gənclər arasında erkən nikahlarla bağlı lazımi məlumatların verilməsi, onların maariflənməsi, erkən nikahlarla mübarizədə QHT-lərlə məktəblərin imkanlarının birləşdirilməsi, müasir ailə tərzi prinsiplərinin davamlı təbliği, vətəndaş cəmiyyəti institutları ilə yerli dövlət orqanları, özünüidarə orqanları arasında fəaliyyətin koordinasiya edilməsi, lazımi informasiya bazasının yaradılması kimi nəticələr əldə olunmuşdur.
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti