11 milyon manatdan çox ziyanın ödənilməsi təmin edilib

   11 milyon manatdan çox ziyanın ödənilməsi təmin edilib
  19 İyul 2023    Oxunub:745
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqı tamamlanmış cinayət işlərindən 136 şəxs barəsində 68 iş ağır cinayətlər məhkəmələrinə, 4 şəxs barəsində 4 iş hərbi, eyni zamanda 78 şəxs barəsində 72 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilib.
AzVision.az xəbər verir ki, hesabat yarımili ərzində Baş idarə tərəfindən görülən tədbirlər nəticəsində özgə əmlakına vurulmuş 30 milyon 497 min 159 manat maddi ziyandan 11 milyon 788 min 890 manatının ödənilməsi təmin olunub, belə ki, dövlət mülkiyyətinə vurulmuş 19 milyon 4 min 029 manat ziyanın 7 milyon 160 min 911 manatı xüsusi mülkiyyətə vurulan 11 milyon 466 min 351 manat məbləğində maddi ziyanın 4 milyon 627 min 979 manatı ödənilib.


AzVision.az


Teqlər:





Xəbər lenti