İsveçin İraqdakı səfirliyi bağlandı

   İsveçin İraqdakı səfirliyi bağlandı
  20 İyul 2023    Oxunub:822
İsveçin Bağdaddakı səfirliyi diplomatik missiyanın binasının yandırılmasından sonra fəaliyyətini dayandırıb.
Bu barədə İsveçin səfirliklərin idarə edilməsi qurumunun rəsmi saytında dərc edilmiş məlumatda bildirilib.

Qeyd olunub ki, iyunun 29 və 30-da Bağdaddakı İsveç diplomatik missiyasının qarşısında, həmçinin iyulun 20-də keçirilən nümayişlərlə əlaqədar səfirlik növbəti xəbərdarlıq edilənədək ziyarətçilər üçün bağlıdır. Vurğulanıb ki, pasportların verilməsi və təcili sənədlərin işlənməsi dayandırılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti