"Biz erməni xalqını bəd əməllərdən demək olar ki, xilas etdik"
“Bəlkə bu acı məğlubiyyət, İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyət onlara dərs olacaq və onlar oturub fikirləşəcəklər ki, bundan sonra bu bölgədə necə yaşasınlar, öz günahlarını etiraf edəcəklər, öz cinayətlərini etiraf edəcəklər, cinayətkarları məsuliyyətə cəlb edəcəklər. Artıq bu proses başlayıb. Ermənistanda əli Azərbaycan xalqının qanına batmış cəlladlar erməni hakimiyyəti tərəfindən cəzalandırılır.
Bu, ədalətlidir və bunun davamı olmalıdır”, - deyən dövlətimizin başçısı ancaq bu təqdirdə xalqlar arasında real barışığın ola biləcəyini qeyd edib. Bildirib ki, sülh müqaviləsi imzalana bilər, ancaq əsas məsələ ondadır ki, ictimai müstəvidə barışığa doğru addımlar atılsın, onlardan birincisi ermənilərin öz günahlarını etiraf etməsidir.
AzVision.az
Teqlər: