Vaşinqtonun İran gəmiləri ilə bağlı tələbi
“İranın gəmilərə hücumları demək olar ki, fasiləsiz davam edib. Bu hadisələrin bəziləri uğurlu olub, bizim müdaxilə etdiyimiz bəzi hallarda isə uğursuz olub. Bu cür hücumların qarşısını almaq qabiliyyətimizi artırmaq üçün Pentaqonun bu yaxınlarda Fars Körfəzi bölgəsinə yeni qüvvələr yerləşdirdiyini gördünüz. Biz İran rejimindən bu sabitliyi pozan hərəkətləri dayandırmasını tələb edirik. Birləşmiş Ştatlar həm də tərəfdaşlarını və müttəfiqlərini özünü və maraqlarını müdafiə etmək qabiliyyətinə malik olduğuna inandırmağa çalışır”, - Kirbi deyib.
Vaşinqton son iki ildə İranın Fars körfəzində 20-dən çox gəmiyə hansısa səbəb və əsaslandırma, əvvəlcədən xəbərdarlıq olmadan hücum çəkdiyini, onları təqib etdiyini və ya ələ keçirdiyini bildirir.
AzVision.az