6 aya 493 min 210 ton buğda idxal edilib
![6 aya 493 min 210 ton buğda idxal edilib 6 aya 493 min 210 ton buğda idxal edilib](https://azvision.az/photos/2023/07/25bf4601-6ba7-30db-99ff-e14e29a2e2d4_850-1690015583.jpg)
Bu, həcm baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 92 min 462 (23 %) ton, dəyər baxımından isə 2 milyon 462 ton (1,8 %) çoxdur.
Xatırladaq ki, bu Azərbaycanın ümumi idxalının 1,78 %-ini təşkil edib.
Bölgələrdə taxıl biçini davam edir. Artıq 658 339 hektar sahədə biçin başa çatıb, sahələrdən 2 milyon 164 min 746 ton məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 32,9 sentner təşkil edir.
Bugünədək 16 rayonda taxıl sahələrinin 90 %-dən çoxunda biçin başa çatıb.
Respublika üzrə arpa sahələrinin 80 %-də biçin yekunlaşıb, sahələrdən 1 milyon tona yaxın məhsul yığılıb. Hazırda arpa üzrə orta məhsuldarlıq 30,6 sentner təşkil edir. Buğda sahələrinin isə 50 %-də biçin aparılıb, 333 088 hektar biçilmiş sahədən 1 milyon 169 min 774 ton buğda yığıılıb. Buğda üzrə orta məhsuldarlıq 35,1 sentnerə çatıb.
AzVision.az
Teqlər: Buğda