Keçmiş idarə müdiri avtomobillə qəza törədib, bir nəfər ölüb

Keçmiş idarə müdiri avtomobillə qəza törədib, bir nəfər ölüb
  22 İyul 2023    Oxunub:1030
Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.
Bu gün baş verən qəza zamanı avtomobil yolu keçən ata və 5 yaşlı oğlunu vurub.

Qəza nəticəsində, Babək rayon Cəhri kənd sakini Mərhəmət Məhəmməd oğlu Fərzəliyev ölüb. Oğlu beş yaşlı Məhəmməd Mərhəmət oğlu Fərzəliyev isə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Məlumata görə, qəzanı törədən bir vaxtlar Naxçıvan Şəhər Tikinti, Təmir və Abadlaşdırma İdarəsinin müdiri olmuş Xaləddin Rüstəmovdur.

Faktla bağlı araşdırma aparılır. (APA)
AzVision.az



Teqlər:





Xəbər lenti