"Leopard"ı kamikadze dronla belə vurdular - VİDEO

   "Leopard"ı kamikadze dronla belə vurdular    - VİDEO
  24 İyul 2023    Oxunub:1445
Rusiya hərbçiləri “Lancet” Pilotsuz Uçuş Aparatı (PUA) ilə Ukrayna Silahlı Qüvvələrinə məxsus “Leopard” tankını vurublar.
Kamikadze dronla reallaşdırılan əməliyyat Zaporojye cəbhəsində baş tutub. AzVision.az xəbər verir ki, "Leopard"ın vurulmasını əks etdirən görüntüləri “Military Affairs” Telegram kanalı yayıb.

"Leopard"lar yanır, F-16-lar da yanacaq, şübhəniz olmasın" - Putin
Əməliyyat videosu digər PUA vasitəsilə çəkilib. Görüntülərdə hücuma məruz qalan bahalı və ən müasir texnologiyalarla təchiz edilmiş tankın sonradan tüstüləməsi aşkar görünür.

Qeyd edək ki, son zamanlar alman tanklarının Ukrayna ordusunun ixtiyarına verilməsindən sonra cəbhədə üstünlüyün nisbətən Ukraynanın xeyrinə dəyişməsi barədə məlumatlar yayılır.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Leopard   Ukrayna   Rusiya  





Xəbər lenti