Zavoddakı partlayışla bağlı cinayət işi başlanıldı

   Zavoddakı partlayışla bağlı cinayət işi başlanıldı
  24 İyul 2023    Oxunub:724
Müdafiə Sənayesi Nazirliyinin zavodundakı partlayışla bağlı cinayət işi başlanılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az a bildirilib.

Qeyd olunub ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı nəticəsində 1966-cı il təvəllüdlü Mehman Əhmədovun ölməsi, 1978-ci il təvəllüdlü Səbinə Şəkərovanın isə xəsarətlər alması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hazıra iş üzrə ibtidai istintaq aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti