Hamamda çimən uşağı ildırım vurub

Hamamda çimən uşağı ildırım vurub
  24 İyul 2023    Oxunub:889
Rusiyanın İrkutsk vilayətinin Nijneudinski rayonunda 4-cü sinif şagirdini ildırım vurub.
Bu barədə rayon Daxili İşlər Nazirliyinin Telegram kanalında məlumat verilib. Oğlan güclü yağış zamanı hamamda çimirmiş. Bir müddət sonra güclü gurultu səsi eşidilib. Uşaq hamamda, yerdə uzanmış vəziyyətdə tapılıb və dərhal xəstəxanaya yerləşdirilib.

Versiyalardan birinə görə, azyaşlı ildırım vurması nəticəsində xəsarət alıb. Yerli mətbuatın yazdığına görə, hazırda uşağın həyatı təhlükəsi yoxdur, bədənindəki yanıqlar ciddi deyil.


AzVision.az


Teqlər:





Xəbər lenti