Türkiyədə 5,5 bal gücündə zəlzələ baş verib

Türkiyədə 5,5 bal gücündə zəlzələ baş verib
  25 İyul 2023    Oxunub:812
Türkiyənin mərkəzində 5,5 bal gücündə zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.

Qeyd olunur ki, yeraltı təkanların episentri 88,1 min nəfərin yaşadığı Kozan şəhərindən (Adana vilayəti-red.) 20 km şimalda yerləşib. Zəlzələ ocağı isə 10 km dərinlikdədir. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti